İxracatçılar Klubunun iclası çərçivəsində Ticarət Evlərinə dair tədbir keçiriləcək

15 avqust 2018-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən İxracatçılar Klubunun növbəti iclası çərçivəsində Ticarət Evlərinə dair tədbir keçiriləcək.

BBN.az xəbər verir ki, tədbirdə “Made in Azerbaijan” brendini dünyaya tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə yaradılmış və yaradılması planlaşdırılan Ticarət evlərinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək və müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır