“Tax Free” və Ticarət Festivalları arasındakı əsas fərq nədir?
Bu suala Vergilər Nazirinin müşaviri Ələkbər Mənmədov Vergilər qəzetinə verilən müsahibəsində cavab verib.
Onun sözlərinə görə, “Tax Free” yalnız əcnəbilərə aid edilsə də, Bakıda keçiriləcək ticarət festivallarında alıcılara fərq qoyulmayacaq. Başqa sözlə, ƏDV geri qaytarılması, yerli vətəndaşlara da şamil ediləcəkdir.
“Tax Free” sistemində 300 manatdan çox alış-veriş həyata keçirildiyi zaman ƏDV qaytarılırdısa, ticarət festivallarında bu məbləğ daha aşağıdır və 100 manat təşkil edir.
Daha bir fərq isə, “Tax Free” sistemində ƏDV 90 gün ərzində qaytarılırdısa, ticarət festivallarında həmin gün ƏDV üçün xərclənən vəsaiti almaq mümkündür.
Həmçinin “Tax Free” sistemində ƏDV tətbiq edilən malların və sənədlərin yoxlanması gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilsə də, ticarət festivallarında bu proses alış-veriş baş tutan mağazada yerləşən köşklərdə baş tutacaq.
Sonda Ə. Məmmədov bildirib ki, ticarət festivallarında iştirakçı olan ticarət obyektlərində alış-veriş edən alıcılar özlərinə lazım olan malları daha ucuz qiymətə əldə edə biləcəklər. Bu da ticarət dövriyyəsinin artmasına səbəb olacaqdır.
Qeyd edək ki, müsahibənin tam mətni ilə keçiddən tanış ola bilərsiz.