Tikinti materiallarının istehsalı 40%-dək artıb

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 38,3 %  artaraq 297,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, sementin istehsalı 24,1 %, betondan yığma tikinti konstruksiyaların istehsalı 3 dəfə, şüşə lifindən ipliyin istehsalı 6,5 dəfə artıb.

Qeyd edək ki, hörmə üçün hazır beton qarışığının istehsalında 34,3 % artım müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır