20 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.
Tədbirin keçirilməsində məqsəd Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikini fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, Monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsidir. Eyni zamanda tikinti fəaliyyəti subyektlərinə monitorinq fəaliyyətinin təşkili və keçirilməsi, habelə Monitorinq sistemindən istifadəsi ilə bağlı məlumatların verilməsidir.