2016-cı ilin hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 4,168 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 272 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 4,440 milyard manat olub və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 28% geriləmə müşahidə edilib.