Torpaq vergisini hesablayan kalkulyator hazırlanıb

Vergilər Nazirliyi tərəfindən torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı kalkulyator hazırlanıb.

Kalkulyator Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən hesablamanı yerinə yetirir.

Qeyd edək ki, istənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır