Torpaqlardan düzgün istifadə ilə bağlı maarifləndirici İşgüzar Forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 14-də Abşeronda İşgüzar Forum keçirib.

Forumun məqsədi torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili məsələləridir.

Tədbir yerli icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib.

Qeyd edək ki, bundan öncə də Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan və Quba rayonlarında belə forumlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır