“Toshiba” rebrendinq edib

Uzun illər boyu texnologiya bazarında güclü mövqeyə malik olan yapon “Toshiba” şirkəti rebrendinq edib.

Belə ki, kompyuter satış əməliyyatlarının 80%-ini “Sharp” şirkətinin səlahiyyətinə verən şirkət artıq “Toshiba” adı ilə kompyuter buraxmayacaq. Artıq “Toshiba” markası əvəzinə “Dynabook” olacaq.

Artıq “Dynabook” adı altında satışa çıxarılacaq ilk məhsul da hazırlanıb. Bundan əlavə, şirkətin hazırki istehsal siyahısında 10 fərqli noutbuk modeli, 3 miniatür şəxsi kompyuter və virtual gerçəklik eynəyi də mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır