Donald Trampın bəzi ölkələrdən gələn immiqrantların ölkəyə girişini qadağan etməsi mühafizəkar ABŞ iqtisadiyyatına olan inamın daha da azalmasına səbəb oldu və beləliklə, dollar vacib hesab edilən bütün valyutalar qarşısında dəyər itirdi.
ABŞ-ın pul vahidi dolların 10 əhəmiyyətli valyuta qarşısındakı tərəddüdünü ifadə edən Bloomberg Dollar Spot İndeksi 0.3% geriləyib.
Dollar/yen pariteti 0,6% azalaraq 114.40 səviyyəsinə geriləyib. Avro/dollar nisbəti isə 0,4% yüksələrək 1.0737 səviyyəsinə yüksəlib. Avstraliya dolları/ABŞ dolları nisbəti isə 0.7555 səviyyəsində sabit qalıb. Yeni Zellandiya dolları/ABŞ dolları nisbəti isə 0,3% yüksələrək 0.7280-ə çatıb.