Trampın 20 milyardlıq Nazirlər Kabinetinə kimlər daxildir?

Donald Tramp ümumi sərvətləri 20 milyard dollara yaxın olan iş adamları ilə birlikdə yalnız ABŞ-ın deyil, eyni zamanda dünyanın ən varlı Nazirlər Kabinetini qurur.

İdarəçilikdə yer alacaqları ehtimal olunan şəxslərin ümumi həcmi 15 milyard 200 milyon dollar olan sərvətinə Trampın 4,5 milyard dollarlıq sərvətini əlavə etsək, sözügedən rəqəm 20 milyard dollara çatır.

Kabinetə aid olacaq şəxslər:

  • Todd Ricketts

Forbes jurnalına əsasən, siyahıda birinci yer alan Todd Ricketts ”Chicago Cubs” beysbol komandasının sahiblərindən biridir və ümumi sərvəti 5,3 milyard dollardır. Rickettsin Ticarət naziri köməkçisi olacağı gözlənilir.

  • Betsy DeVos

Siyahının ikinci ən varlı şəxsi sayılan DeVos Təhsil naziri olmağa namizəddir. Həyat yoldaşı ilə birlikdə sərvəti 5,1 milyard dollar həcmində müəyyən edilib.

  • Wilbur Ross

Ticarət naziri olmağa namizəd göstərilən Ross isə 25 il Rotschild firması üçün çalışdıqdan sonra öz şirkətini qururb. Xalis sərvəti 2,9 milyard dollardır.

  • Linda McMahon

Kiçik Müəssisələr İdarəsinin rəhbəri seçilən McMahon bir müddət Dünya Əyləncə Güləşi şirkətinin rəhbəri olmuşdur və siyahının son milyarderidir. Həyat yoldaşı Vincent McMahonla birlikdə sərvəti ümumilikdə 1,16 milyard dollardır.

  •  Rex Tillerson

“Exxon Mobile”ın CEO-su olan Tillerson Xarici İşlər naziri olmağa namizəddir. 40 ildən artıq enerji sektorunda fəaliyyət göstərən Tillersonun ümumi sərvəti 300 milyon dollardır.

  • Gary Cohn

Milli İqtisadi Şuranın direktoru təyin olunan “Goldman Sachs”ın icraçı direktoru Gary Cohnun sərvəti 266 milyon dollar həcmindədir.

  • Steve Mnuchin

“Goldman Sachs”ın keçmiş ortağı olan Mnuchin ABŞ-ın Xəzinədarlıq Naziri olmağa namizəddir.2009-2015-ci illərdə OneWest Bankın sahibi olan Steve Mnuchinin sərvəti 46 milyon dollardır.

Haber7

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır