Serbiyanın nüfuzlu “TransConflict” onlayn nəşri Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı barədə məqalə dərc edib. Məqalənin müəllifi Hindistanlı alim Hriday Sarma Rəqəmsal Ticarət Qovşağının (RTQ) yaranmasının əhəmiyyətini qeyd edərək Azərbaycanın bundan sonra regionda əsas rəqəmsal ticarət mərkəzinə çevriləcəyini bildirib. Tədqiqatçı Azərbaycanda yaradılan bu layihənin az sayda ölkədə mövcud olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, RTQ xarici bazarlara çıxışı asanlaşdıracaq və əlavə investisiya cəlbini sürətləndirəcək.
Müəllifə görə Rəqəmsal Ticarət Qovşağı vasitəsilə Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması Cənubi Qafqaz və Avrasiyada regional dəyər zəncirini möhkəmləndirəcək. Həmçinin, tədqiqatçı “Rəqəmsal Ticarət Qovşağı”nı digər ölkələrdə mövcud olan analoji layihələrlə müqayisə edərək Azərbaycanda yaradılan bu lahiyənin unikal olduğunu və həm ölkədaxili, həm də xaricdəki dövlət və özəl müəssisələr üçün bir sıra üstünlükləri özündə cəmlədiyini qeyd edib.