“Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda beynəlxalq seminar keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı tərəfindən Türkiyənin paytaxtı Ankara şəhərində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarın əsas məqsədi vergi mübahisələrinin həlli və qarşısının alınması üzrə mexanizmlərin müzakirəsi, transfer qiymətləndirmənin tənzimlənməsi zamanı ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı mövqelərin öyrənilməsi olub.

Qeyd edək ki, tədbirdə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq vergitutma şöbəsinin əməkdaşı Emil Həsənov iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır