Qazaxda sahibkarlar üçün treninq keçirilib

İyunun 1-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Qazaxda sahibkarlar üçün treninq təşkil edib.

Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, sığorta sahəsində mövcud qanunvericilik, maliyyənin idarə edilməsi və üzümçülüyün inkişaf perspektivləri mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə iştirakçılar ətraflı məlumatlandırılıb.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır