TuranBank Qan Donorları Assosiasiyası İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyası ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qanvermə aksiyası keçirmişdir. Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında həyata keçirilən aksiyada Bankın filial və struktur bölmələrinin əməkdaşları həvəslə iştirak etmişlər.
Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara, eyni zamanda, bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olmuşdur.
Qeyd edək ki, Bank, bu cür layihələrlə yanaşı, “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara, əlillərə yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.
Bank müştərilərinə “Sirlər Xəzinəsi” adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.