Rəsmi açıqlamaya görə, hökumət yaxın günlərdə turist vergisinin tətbiqi ilə bağlı qanun qəbul etmək və bu ölkəyə xaricdən gələnlərdən tutulan digər yığımları artırmaq niyyətindədir.
Hökumətin planına görə, əldə edilən vəsaitlər infrasturkturun təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə yönəldiləcək: hazırda baş verən turizm bunun fonunda bu sahə üçün maliyyə mənbələrinə ciddi ehtiyac var. Son üç il ərzində Yeni Zenlandiyay səyahət edən əcnəbilərin sayı 30 %-ə qədər artaraq 3.8 milyona çatıb. Ölkənin əhalisinin sayı isə cəmi 4.5 milyodur. Turist vergisi 17-24 dollar səviyyəsində müəyyənləşdiriləcək və gələn ilin ortalarından xarici vətəndaşlardan tutulacaq. İmmiqrasiya yığımlarının və vizaların qiymət artımı isə bu ilin noyabr ayından tətbiq olunacaq. Gözlənildiyinə görə, Avstraliya vətəndaşları və Sakit okeandakı digər qonşu ada dövlətlərin sakinləri turist vergisi ödəməkdən azad ediləcəklər.
Bu planın əlyeyhinə olanlar belə hesab edirlər ki, hökumətin belə bir tədbirə əl atması ölkənin turistlər üçün cəlbediciliyini azaldacaq və əsas gəlir mənbələrindən biri olan turizmin inkiafına mənfi təsir göstərəcək.