Rusiyasının Turizm Operatorları Assosiasiyasının məlumatına əsasən, 2018-ci il boyunca Yunanıstanın mehmanxanalarında və lisenziya almış mənzillərində hər sutka üçün turist vergisi yığılacaq.
Vergini ya əvvəlcədən, ya da mehmanxanada qalmaq müddəti başa çatandan sonra ödəmək mümkündür. Verginin məbləği isə mehmanxanın “ulduz” sayından asılıdır. “Beşulduz” mehmanxanada bir nömrə üçün gündəlik verginin məbləği 4 avro, “dördulduz” mehmanxana üçün 3 avro, “Üçulduz” nömrə üçünsə 1.5 avro müəyyənləşdirilib. Aşağı kateqoriyalı qonaq yerlərində bir gecə qalmaq üçün 0.5 avro vergi ödəmək lazım gəlir.
Turizm Operatorları Assosiasiyasının məlumatında o da qeyd edilib ki, Yunanıstanda bəzi hotellər, əsasən də yüksək kateqoriyaya aid bahalı mehmanxanalar turist vergisini öz üzərlərinə götürməyə hazır olduqlarını bilirblər.