Ölkəmiz Beynəlxalq XVIII “Turizm və Səyahətlər” Sərgisində təmsil olunur

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxstanın Beynəlxalq XVIII “Turizm və Səyahətlər” Sərgisində (KITF -2018) iştirak edir.

BBN.az xəbər verir ki, AZTA sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib və xüsusi reklam materialları təqdim ediblər. Azərbaycan stendi içtirakçılar tərəfindən böyük maraqla qarşılanır.

Sərgi çərçıvəsində AZTA nümayəndə heyəti digər ölkələrin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirib və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb. İlkin nəticələr əldə olunub.

Azərbaycanın turizm imkanlarına marağı nəzərə alaraq, AZTA artıq KITF-2019 sərgisində iştirakı barədə xüsusi müqavilə imzalayıb. Sərgidə aktiv iştirakına görə AZTA təşkilatçılar tərəfindən Sertifikatla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır