Turizmin inkişafı haqqında məlumat açıqlanıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar ayında  Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 29,4 %-i Rusiya Federasiyası, 29,1 %-i Gürcüstan, 11,2 %-i Türkiyə, 5,4 %-i İran, 4,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7 %-i Ukrayna, 1,3 %-i İraq, 17,3 %-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,1 %-ni kişilər, 28,9 %-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 %), Gürcüstan (21,9 %), Cənubi Koreya (15,2 %) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 % azalaraq 28,5 min nəfər olub.

2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  0,9 % artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 % azalaraq 67,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin  63,8 %-i dəmir yolu və avtomobil, 35,4 %-i hava, 0,8 %-i isə su nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır