“Türk Axını” layihəsi üçün tarix müəyyən olunub

“Gazprom”un icra komitəsinin rəhbəri Aleksey Miller “Türk Axını” təbii qaz layihəsinin inşaat işlərinin 2019-cu ilin sonunda tamamlanacağını bildirib.

Miller bu haqda Rusiyanın prezidenti Vladimir Putinlə baş tutan görüşündə deyib.

Qeyd edək ki, 15,75 milyard kubmetrlik ilk xəttin Türkiyə bazarı üçün planlaşdırıldığı, ikinci xəttin isə, Avropadakı müştərilərə xidmət üçün tikildiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır