“Türk Axını” layihəsinə 7 milyard avroluq investisiya

“Türk Axını” layihəsinin dəniz seqmentindəki iki boru xəttinə investisiyalar 7 milyard avro həcmində planlaşdırılıb.

Bu haqda TASS məlumat verir.

Qeyd edək ki, “Türk Axını” qaz boru xətti Qara dənzidən keçərək Türkiyənin Avropa hissəsinə və Yunanıstan sərhədinə qədər uzanır.  Boru xəttinin dəniz seqmentinin uzunluğu 910 km-ə bərabərdir və Türkiyəyə aid olan hissəsi 180 km uzunluğundadır. Layihənin ümumi məbləği 11.4 milyard avro həcmində müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır