Rusiyanın təbii qazının Türkiyə üzərindən Avropaya nəql edilməsi planlaşdırılan “Türk Axını” layihəsi Türkiyə tərəfindən təsdiqlənib.
Layihə hər biri 15.75 milyard kubmetr potensialı olan iki boru xəttindən ibarətdir və illik maksimum 31,5 milyard kubmetr nəqletmə gücünə sahibdir.
Bloomberght-nin məlumatına əsasən, boru xətti Rusiya Federasiyasının Krasnodar əyalətindəki Russkaya kompressor stansiyasından Qara dənizdəki Türkiyənin alış terminalına və Türkiyədən də Avropaya uzanacaq.
Qeyd edək ki, layihə üzrə müqavilə oktyabrda imzalanıb.