“Türk axını” üçün vergi güzəştləri tətbiq edilib

Türkiyə hökuməti “Türk axını” qaz kəməri layihəsinin inkişafı çərçivəsində görülən işlər üçün vergi güzəştləri tətbiq etməyə başlayıb. BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəddə Türkiyə ilə Rusiya hökumətləri arasında Qara dənizin Türkiyəyə aid sektorunda müstəsna iqtisadi zonada həyata keçirilən layihə çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödəməkdən azad edilməsi ilə bağlı razılaşma əldə olunub. Bundan əlavə, layihə işləri və hüquqi xidmətlər də vergidən azad ediləcək.

Qeyd edək ki, iki ölkə arasında razılaşmaya əsasən, vergi və gömrük güzəştləri dəniz nəqliyyatı, boruların və ehtiyat hissələrin, müxtəlif avadanlıqların və digər materialların tədarükü kimi sahələrə də şamil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır