Türk axınında “ikinci xətt” 2019-cu il üçün planlaşdırılır

Türk axınının ilk xətti üçün bütün hüquqi prosedurlar yerinə yetirilib.

Bu haqda Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, ikinci xətt üçün isə  hazırda iki ölkə arasında, Türkiyə-Yunanıstan sərhəddinə qədər çatacaq boru xəttinin təqvim və marşrutu ilə bağlı danışıqlar gedir:

Yunanıstanın DEPA və İtaliyanın Edison şirkətləri ilə, “Poseidon” boru xəttini istifadə edərək İtaliyaya təbii qazın çatdırılmasını planlaşdırıq. Macarıstan və Serbiyanın da bu layihədə maraqlı olduğunu bilirik.  Əgər təbii qazın alınması ilə bağlı qarantiya formalaşarsa,  2019-cu ildə ikinci xətti inşası ələ alına bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır