Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkaya bildirib ki, türk lirəsinin məzənnəsindəki ucuzlaşma dayanıb.
Bir neçə başlıq altında irəlləyişlərdən danışan Sədr müsbət mesajlar verib:
“Dövlət və özəl sektorun valyuta riski aradan qalxıb. Real sektorun inam indeksində mənfi trend əksinə dönüb. İxrac sifarişlərində sağlamlaşma müşahidə edilir. Likvidlik addımlarının effekti güclüdür.”
Onun sözlərinə görə, sərt pul siyasətinin effekti çox güclü oldu. Bu addım valyuta kursundakı trendi tənzimləyə bildi və qiymətlərin bahalaşan valyutadan irəli gələcək yüksəlişinin qarşısını aldı.
M. Çetinkaya valyuta bazarındakı likvidlik şərtləri və volatillik azalana, eləcə də inflyasiya gözləntisi normallaşana qədər sərt pul siyasətinin davam etdiriləcəyini vurğulayıb.