Türkiyə və Rusiya prezidentləri görüşəcək

Rusiyanın energetika naziri Aleksandr Novak, bu gün Moskvada keçirilməsi planlaşdırılan Türkiyə Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Komitəsinin iclasında əhəmiyyətli sayda anlaşma memorandumlarının imzalanacağını bildirib. Onun sözlərinə görə,  bu sənədlər arasında Rusiya İnvestisiya Fondu ilə Türkiyə Aktiv və İnvestisiya Fondu arasında birgə investisiya fondunun yaradılması ilə əlaqədar müqavilənin də olduğunu bildirib.

İclasda Türkiyə prezidenti Recep Tayib Ərdoğan və Rusiya prezidenti Vladimr Putin də iştirak edəcək. Bir günlük iclas çərçivəsində iki ölkə arasında ticari və mədəniyyət istiqamətində bir çox müqavilənin imzalanması gözlənilir.

İclası qiymətləndirən Rusiyanın energetika naziri A. Novak, Türkiyə və Rusiya arasında ticari və iqtisadi əlaqələrin baş verən son neqativ hadisələrdən sonra mərhələli şəkildə bərpa olunduğunu bildirib:

“Türkiyənin  iqtisadiyyat naziri Nihat Zeybekçi ilə bütün sahələrdə sıx əlaqəmiz var.  Keçən il iki ölkə ticarətində baş verən azalmanın bütün tərəflərin faydalanacağı şəkildə təkrar bərpa edilməsi lazımdır.”

Həmçinin Nazir bildirib ki,  iki ölkə arasında bağlanacaq və 2017-2020-ci illəri əhatə edəcək müqavilələr yalnız iqtisadi əməkdaşlığı deyil, digər sahələri də əhatə edəcək. Onun sözlərinə görə, 2019-cü il iki ölkə üçün qarşılıqlı mədəniyyət və turizm ili elan ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır