Türkiyədə bu il yanvar ayında 72937 mülk satışı həyata keçirilib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq ayında nisbətdə 24.8% azalıb.
Ən çox daşınmaz əmlak satışı İstanbul şəhərində (13455) qeydə alınıb. Paytaxt Ankarada 6785 satış həyata keçirilib.
Daşınmaz əmlakın ipoteka ilə satışında da kəskin azalma müşahidə olunub. İpoteka ilə satış həcmi 77.2% azalaraq 6537 olub.
Xarici ölkə vətəndaşlarına ay boyunca 3168 mülk satışı həyata keçirilib. Ən çox daşınmaz əmlak alımını İraq vətəndaşları (605) tərəfindən olub.