Beynəlxalq reytinq agentliyi “Standard & Poor`s” 2017-ci ildə güclü performans göstərmələrinə baxmayaraq 2018-ci ildə türk banklarının mənfəətinin aşağı düşəcəyini elan edib.
Agentliyin açıqlamasına görə, buna əsas səbəb faizlərdəki tənəzzül, əmanət xərclərinin, vergi nisbətinin 20%-dən 22%-ə çıxması olacaq.
“Standard & Poor`s” Türkiyə banklarında əsas zəifliyin 2017-ci ildə də olduğu kimi maliyyələşmə sahəsində olacağını qeyd edib.