Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin noyabr ayında həyata keçirdiyi iclasla bağlı hesabat açıqlanıb.
Hesabatda valyuta məzənnəsindəki dəyişikliklərin inflyasiya ilə bağlı yüksək risk yaratdığı vurğulanıb.
Eyni zamanda, Komitə hesabatda inflyasiyanın tənzimlənməsini həyata keçirmək üçün vergi alətindən istifadə edəcəyini, lakin bu tədbirin inflyasiyanı gözləniləndən daha aşağı səviyyəyə salacağı halda monetar genişlənmə siyasəti həyata keçirəcəyini bildirib.