Türkiyə Mərkəzi Bankının (TMB) Pul Siyasəti Komitəsinin sabah iclası həyata keçiriləcək. Ekspertlər iclasda veriləcək qərarla faiz dəhlizinin üst həddində və məcburi ehtiyat normasında azalma olacağını ehtimal edirlər. Bu barədə CNN Türk məlumat verir.
Qeyd edək ki, TMB mart ayından indiyə qədər həyata keçirdiyi 7 Pul Siyasəti Komitəsi iclası ilə faiz dəhlizinin üst həddini 10,75%-dən 8,25%-ə azaldıb.