“Türkiyədə Azərbaycan sərmayələrinin səviyyəsi 20 milyard dollara çatacaq”

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasında (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər 2 ölkənin işgüzar dairələrinin iştirak etdiyi tədbir keçirilib.

Hər il keçirilən və sayca 6-cı olan iclas DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və “Paşa Bank Türkiyə”nin Baş Meneceri Cenk Eynehan tərəfindən təşkil edilib.

Tədbirdə DEİK-in əsas məqsədinin Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrini daha da gücləndirmək olduğu vurğulanıb. Proqnozlara görə, 2020-ci ildə Türkiyədə Azərbaycan sərmayələrinin səviyyəsi 20 milyard ABŞ dollarına çatacaq. Bu sərmayələrin də əsas hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən tədbirlər hesabına olacağı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır