Türkiyənin 2018-ci il büdcəsindən ən çox vəsait təhsilə ayrılıb

Türkiyə iqtisadiyyatı bu ilin III rübündə 11.1% böyüyərək son 6 ilin ən yüksək böyüməsini yaşayıb.

Türkiyə Böyük Millət Məclisində (TBMM) təxminən 2 həftə davam edəcək 2018-ci maliyyə ili büdcə marafonu başlayıb. TBMM-də çıxış edən maliyyə naziri Naci Ağbal 2018-ci il büdcəsinin iqtisadi böyüməni və məşğulluğu nəzərdə tutan bir büdcə olacağını açıqlayıb. Nazir, həmçinin, qeyd edib ki, 2002-ci ildə yığılan hər 100 lirəlik verginin 86 lirəsi faizə gedirdisə, bu rəqəm artıq 12 lirəyə qədər düşüb.

2018-ci il büdcəsindən ən çox vəsait təhsil üçün ayrılıb. Belə ki, 2018-ci il büdcəsinin 134 milyard lirə olduğu və bunun 40%-nin sağlıq və təhsilə ayrıldığı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır