Türkiyənin rezervləri artıb

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının rezervlərinin ümumi həcmi ötən həftə 4 milyard 883 milyon dollar artaraq 110 milyard 985 milyon dollara çatıb.

Həftəlik statistikaya əsasən, 6 yanvar tarixi ilə bitən həftədə Mərkəzi Bankın brutto xarici valyuta rezervləri  4 milyard 883 milyon dollar artaraq 96 milyard 934 milyon dollara çatıb. Bir həftə öncə isə bu göstərici  92 milyard 51 milyon dollar səviyyəsində idi.

Qeyd olunan dövrdə qızıl rezervləri də bir həftə öncənin göstəricisi ilə sabit qalaraq 14 milyard 51 milyon dollar səviyyəsində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır