“Limak Enerji” İcra Heyətinin rəhbəri Birol Ergüven Türkiyənin elektrik sahəsindəki mövcud tutumunu Suriya və digər cənub qonşularına sata biləcəyini deyib.
O qeyd edib ki, elektrik istehsalını əhəmiyyətli dərəcədə təbii qaz vasitəsilə təmin edən Türkiyə Rusiya ilə Suriyaya elektrikin Türkiyə üzərindən çox uyğun şərtlərdə təmin olunmasında əməkdaşlıq edə bilər.
B.Ergüven həmçinin qeyde edib ki, Suriyada müharibə dayananda mütləq yenidənqurma olacaq və burada elektrik enerjisinə ehtiyac olacaq.