Tütün məmulatlarına vergini tənzimləyən direktivə yenidən baxılacaq

Avropa Komissiyası 2016-cı ildən apardığı icmal baxışdan sonra tütün məmulatlarının vergiyə cəlb edilməsi ilə bağlı  Avropa İttifaqı (Aİ) Direktivində dəyişiklik aparılmasını tövsiyə edib.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki,  icmal baxış Aİ-yə üzv ölkələrin maliyyə nazirlərinin görüşündən sonra başlanmışdı-Komissiya Aİ-nin hazır tütün məhsullarına aksizin strukturu və dərəcələri ilə bağlı 21 iyul 2011-ci il tarixli Direktivinə gələcəkdə yenidən baxmağı qərara almışdı.

Avropa Komissiyası yeni qərarını 2018-ci il yanvarın 12-də yaydığı hesabatda açıqlayıb.  Sənədə əsasən, 2016-cı ildəki icmalda gələcək təkmilləşdirmə üçün Aİ-də tütün məmulatlarının vergiyə cəlb edilməsinin altı sahəsi nəzərdə tutulub.

  • elektron siqaretlər üçün uyğunlaşdırılmış vergi qaydalarının tətbiq edilməsi;
  • xam tütünün satışına nəzarətin təkmilləşdirilməsi;
  • siqar və siqarella üçün vergi dərəcələrinin siqaretə tətbiq olunan vergi dərəcəsi ilə bərabərləşdirilməsi;
  • daha yüksək vergi dərəcələri qoyulmuş hazır siqaretlərlə müqayisədə xam tütünün vergiyə cəlb olunmasına yenidən baxılması ;
  • tütün məhsullarının qanunsuz satışına qarşı mübarizə tədbirlərinin görülməsi;
  • Aİ üzrə minimal aksiz dərəcələrinin tətbiq edilməsi.

Qeyd edək ki , komissiya təırəfindən bildirilib ki, bu məsələlər xüsusən də minimal aksiz dərəcəsinin tətbiqi bu il yenidən nəzərdən keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır