Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “TUV Austria” şirkəti ilə Azərbaycan şirkətlərinin işgüzar görüşü keçirilib. Müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şirkət nümayəndəsi bu görüşdə iştirak edib.
Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, “TUV Austria” şirkəti 1872-ci ildə yaradılıb və 40-dan çox ölkədə fəaliyyət göstərir.