“UBER” 20%-ni “Softbank”a satacaq

Telefon üzərindən taksi xidməti verən “UBER” xalqa açılma sonrasında hissələrinin 20%-ni Yaponiya bank nəhəngi “Softbank”a satmağı planlaşdırır.

“Bloomberg”in xəbərinə görə, bu plan 2019-cu ildə reallaşdırılacaq. Razılaşma əsasında əvvəlcə “Softbank” və digər firmalar “UBER”ə 1 milyard dollar investisiya qoyacaq. Daha sonra isə Bank şirkətin 9 milyardlıq hissəsini alacaq.

Bazar dəyəri 69 milyard dollar səviyyəsində olan “UBER”in “Softbank”la bu razılaşması şirkətə 1 və ya 1.25 milyard dollar gəlir gətirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır