Uber, New Yorkdakı sürücülərindən aldığı çox komissiyaları geri qaytaracağını bildirib. Hər bir sürücüyə 900 dollar ödəyəcək və firmanın kassasından təxminən 50 milyon dollar çıxacaq.
Firma bildirib ki, şirkətin mühasibat sistemindən qaynaqlanan bir səhvə görə 2,5 ildir New Yorkda sistemə daxil sürücülərdən çox komissiya haqqı tutulub. Şirkət xətanı öyrəndikdən dərhal sonra şirkətin şəhərdəki 50 mindən çox sürücüsünün hər birinə orta hesabla 900 dollar ödəniləcəyini bildirib. Firmanın sürücülərindən çox komissiya almasının səbəbi Uber üçün sürücülük edən vətəndaşlardan alınan şirkət komissiyasının dəqiq ödəniş yerinə ümumi məbləğ üzərindən hesablanması olub.
Qeyd edək ki, firma ödənişləri sahiblərinə ən qısa müddətdə qaytarmağa başlıyacağını bildirib.