“UBER” Azərbaycanda vergiyə cəlb olunacaq

BBN.az xəbər verir ki, dünyanın məşhur  taksi xidməti  “UBER”-in Azərbaycandakı fəaliyyəti vergiyə cəlb olunacaq.

Vergi qanunvericiliyinə edilən son dəyişikliklərdə yer alan əsas məqamlardan biri – ölkədə qeydiyyatda olmayan şirkətlər tərəfindən göstərilən iş və xidmətlərə görə ödənişlərdən ƏDV-nin tutulmasıdır. Dəyişiklikdən sonra bu mexanizmin tətbiqi ilə əlaqədar fikir mübadilələri başlayıb.

Əsas müzakirə məsələlərindən biri “UBER” onlayn taksi xidmətindən istifadəyə görə verginin hansı qaydada tutulması idi.  Bu məsələ ilə bağlı Vergilər Nazirliyi ilə “UBER” şirkəti arasında müzakirələr aparılıb. Nəticədə “UBER” taksi xidmətin görə edilən nağdsız ödənişlərin 18%-lik ƏDV-yə cəlb edilməsinə qərar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır