“Uber” D.Trumpın iqtisadi şurasından ayrılır

“Uber”in  İcraçı Direktoru Travis Kalanickin ABŞ Prezidenti Donald Trumpın iqtisadi şurasından ayrılacağı bildirilib.

Kalanick, Uber əməkdaşlarına göndərdiyi bir məktubda, Trump ilə miqrasiya siyasətləri haqqında  danışdığını qeyd edərək, ABŞ Prezidentinin “Strategiya və Siyasət Forumu” adlı iqtisadi məşvərət şurasından ayrılacağını bildirib.

Trump, qaçqınların və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan 7 ölkənin vətəndaşlarının ABŞ-a gəlməsini məhdudlaşdıran bir fərman imzalayıb. Fərmanın ardınca  ABŞ-da yaranan etirazlarda  Uber də tənqidlərin hədəfi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır