“Uber” lisenziya almalı olacaq

Avropa Məhkəməsi müşavirinin açıqlamasında qeyd edilib ki, “Uber” şirkəti də Avropa İttifaqı çərçivəsində fəaliyyətini həyata keçirərkən müvafiq lisenziya almalıdır. Məhkəmədə bu barədə qərar çıxaracağı təqdirdə, “Uber” xidmət göstərdiyi Avropa İttifaqına üzv olan hər bir dövlətin ərazisində lisenziya almalı olacaq.

Qeyd edək ki, “Uber” ə qarşı ilk kollektiv iddianı Barselonada çalışan taksi sürücüləri irəli sürüb. Bildirilib ki, “UberPOP” xidməti vasitəsilə ədalətsiz rəqabət aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır