Dünyanın ən böyük taksi xidməti göstərən şirkəti Uber, bu yaxınlarda baş verən qəzadan sonra sürücüsüz avtomobillərin test edilməsini dayandırıb. Araşdırmalardan sonra qəzaya digər avtomobilin səbəb olduğu ortaya çıxıb. Bundan sonra şirkət həmin avtomobillərin test edilməsinə San Fransiscoda yenidən başlayıb, eyni zamanda, Arizona və Pittsburghdakı proqramlarda da qısa müddət ərzində başlanması gözlənilir.