Uber yük maşını daşımaları üçün yeni tətbiq yaradıb

Uber yük maşını daşımaları sektoru üçün  yeni bir tətbiq yaradıb.

Məlumata əsasən, yük maşını sahibi olan şəxslər və firmaları nəqliyyat tələbində olan müştərilərlə görüşdürən mobil tətbiq Android və iOS istifadəçilərinin xidmətinə verilib.

Qeyd edək ki, bu sahədə əməliyyatların saatlar yerinə artıq tək bir düymə ilə reallaşdırılacağı bildirilib. Həmçinin istifadəçilərin nəqliyyat ödənişini saniyələr içində öyrənə biləcəyi məlumatı da verilib. Mütəxəssislər ABŞ-da yük maşını daşımaları sektorunun illik gəlirinin orta 250 milyard dollar səviyyəsində təxmin edildiyini qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır