“Uber”lə bağlı qərarı Avropa Məhkəməsi verəcək

“Uber”in tətbiq yoxsa bir taksi xidməti olması ilə bağlı mülahizlər Avropada əsas müzakirə mövzusudur.

Nəticəyə əsasən isə bu müzakirə ilə bağlı son qərarı Avropa Məhkəməsi verəcək.

Əgər “Uber” bir taksi xidməti kimi qəbul edilərsə, onun faliyyətində hər hansı dəyişikliyin olması gözlənilmir. Avropa Birliyi isə bu cür qərarın çıxması ilə “Uber”in ənənəvi taksi xidməti kimi fəaliyyət göstərməsi üçün yaşıl işığın yanacağını deyib.

Avropa Məhkəməsi qərarını sabah açıqlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır