BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında ÜDM 15 229,7 milyon manat təşkil edib. Bu göstərici 2016-сı ilin yanvar-mart aylarına nisbətən 0.9% azdır.
Məlumat üçün bilririk ki, 2016-cı ilin birinci rübündə ÜDM 2015-ci ilin birinci rübünə nisbətən 3.5% azalıb. Aşağıdakı cədvəldəndə aydın göründüyü kimi ÜDM-in azalma tendensiyası əvvəlki ilə nisbətən zəyifləyib.
Qeyd edək ki, yuxarıdakı cədvəldə ÜDM göstəricisinin bir əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə faiz nisbəti göstərilib.