Bu ilin 7 ayı ərzində ÜDM istehsalı artıb

2018-ci ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43478,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

BBN.az Statistika Komitəsinə əsasən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz artıb, neft sektorunda isə 0,8 faiz azalıb.

Əlavə dəyərin 46,9 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi tikinti, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 13,2 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4436,3 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır