2018-ci ilin yanvar-avqust aylarında ÜDM istehsalı açıqlanıb

2018-ci ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb.

BBN.az xəbər verir ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində əlavə dəyər istehsalı 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,8 faiz, informasiya və rabitə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artıb, tikintidə isə 17,3 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5153,1 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır