UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA! – 34-ci hissə

hazir

Elşən Bədirxanov

DAVAMI, əvvəli 33-ci hissədə

Instagram

Azərbaycanda ikinci ən aktiv istifadə olunan sosial şəbəkə Instagram sayılır. Sosial şəbəkənin dünyada 300 milyondan çox aylıq aktiv istifadəçisi var. Azərbaycanda çox qısa bir zamanda kifayət qədər məşhurlaşan “İnstagram” sosial şəbəkəsi son zamanlar internet marketinqdə öz sözünü deməyə başlayıb. Daha çox yeniyetmələrin istifadə etdiyi bu sosial şəbəkənin Azərbaycanda istifadəçilərinin sayı artıq 500 mini ötüb. Biznesinizin rəsmi instagram səhifəsinin olması da çox vacibdir. Burada siz yalnız fotolar və qısa videoçarxlar paylaşa biləcəksiz. Artıq instagram sosial şəbəkəsində də facebookda olduğu kimi “paid advertising” (ödənişli reklam) etmək imkanınız var. Instagram-a reklam yerləşdirmək istəyirsizsə, bunu mütləq Facebook üzərindən etməlisiz. Yəni, reklamını edəcəyiniz məhsulun Facebook səhifəsi olmalıdır. Buna görə ilk növbədə brendinizin instagram səhifəsini facebook səhifəsinə “connect” etməlisiz. Bunun üçün siz facebook səhifənizdə “settings” bölməsinə daxil olub sol bölmədə “instagram ads” bölməsindən brendinizin instagram səhifəsini facebook səhifəsinə birləşdirməlisiz. İnstagram səhifənizi facebook səhifənizlə birləşdirdikdən sonra çox rahat şəkildə facebook səhifənizdə yerləşdirmək istədiyiniz reklam postlarını (ads) avtomatik olaraq instagram səhifənizdə də reklam olunmasını həyata keçirə bilərsiz. Daha çox gənclər arasında məşhur olan bu sosial şəbəkə müxtəlif brendlər tərəfindən çox effektiv şəkildə istifadə olunur. Odur ki, siz də bu sosial şəbəkənin üstünlüklərindən maksimum yararlanmağa çalışın.

“UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA!” adlı kitabı tam olaraq silsilə məqalələr şəklində izləmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

Ətrafındakı insanların UĞUR-una dəstək olmaq üçün yazını paylaş !

Davamı növbəti buraxılışda …

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır