“Freelance” iş tapmaq üçün müraciət edilməli olan bir çox sayt var:
- www.upwork.com (Ümumi hər şey üçün);
- www.peopleperhour.com (Ümumi hər şey üçün);
- www.fiverr.com (Ümumi hər şey üçün);
- www.freelancer.com (Ümumi hər şey üçün);
- www.guru.com (Ümumi hər şey üçün);
- www.99designs.com (dizayn işləri);
- www.designcrowd.com (dizayn işləri);
- www.italki.com (dil öyrətmə və öyrənmə);
- www.preply.com (dil öyrətmə və öyrənmə).
İndi isə bunlardan biri olan www.upwork.com portalında uğurlu fəaliyyət göstərmək üçün nəzərə alınmalı olan məsələləri sizin diqqətinizə çatdırırıq.
Sürətlə müştəri əldə etmək üçün necə bir Upwork profili yaratmalı?
Upwork minlərlə “freelancer”in dolanışıqlarını əldə etdiyi ən məşhur və ən etibarlı sərbəst çalışma saytlarından biridir.
Şəxsən biz, Upwork vasitəsilə keyfiyyətli müştəri tapmaq mövzusunda çox uğurlu nəticələr əldə etmişik və inanırıq ki, bunun əsas səbəblərindən biri də yaxşı yazılmış bir profildir.
Qeydiyyatdan keçmiş təxminən 9 milyon sərbəst işçi arasında müştəri qazanma mövzusunda hər zaman yüksək rəqabət olmuşdur. Bu da o deməkdir ki, sadə profil yaratmaq bunun üçün kifayət deyil. Müştərilərin diqqətini cəlb etmək üçün “öldürücü” bir profilə sahib olmanız lazımdır.
Beləliklə, bəs müştəri əldə etmək üçün necə bir Upvork profili yaratmaq lazımdır? Addım-addım bələdçiniz burada.
Upworkda başlanğıc.
1-ci növbədə əmin olmalısınız ki, siz doğru profili seçmisiniz. Sərbəst işçi kimi yaratmalı olduğunuz profil freelancer/sərbəst işçi profilidir,buna görə də aşağıda gördüyünüz kimi “iş” butonunu klikləyin.
- Hesablarınızı əlaqələndirin.
Doğru profili seçdikdən sonra sizə seçim gələcək ki, siz Behance, Facebook, Twitter, Dribbble, LinkedIn, DeviantArt və bunlar kimi sosial hesablarınızı upwork hesabınızla əlaqələndirəsiniz. Misal üçün, müştərinin sizin LinkedIn hesabınıza daxil olub etdiyiniz işlər və təcrübələrinizə baxması,sizə uyğun iş verməkdə onun işini asanlaşdıracaq. Bununla yanaşı, hesablarınızı əlaqələndirməniz sizin reputasiya qazanmanızı və şəxsiyyətinizi göstərmənizi təmin edəcək. Təkcə Upworkdə deyil, digər sosial media məkanlarında aktivliyiniz sizin onlayn olaraq böyük bir şəxsiyyətə sahib olduğunuzu göstərəcək.
- Profil şəkli əlavə edin.
Profil şəklinizi seçərkən işgüzar və səmimi şəkilə üstünlük verin. Yaxşı olar ki, bu yüksək keyfiyyətli və başınızın aydın seçilən şəkli olsun. Müştərinin sizin kimliyinizi daha yaxşı hiss etməsi üçün yüksək keyfiyyətli profil şəkli çox vacibdir. Profil şəkli sizi təmsil edən ilk şeydir,ona görə də əmin olun ki, bu sizin işgüzarlığınızı və səmimiliyinizi təmin edir. Profil şəkli çəkdirərkən kameraya düz baxın, gülümsəyin,arxa planın təmiz və düzənli olduğundan əmin olun. (Diqqətli olun şəxsiyyət vəsiqənizdəki kimi olmasın yoxsa ümidinizi üzün müştərilərdən)
Əlavə olaraq, öz şəklinizdən istifadə etməli olduğunuzu unutmayın. Pişik şəkilləri və ya Google şəkilləri yükləməyin,hələ ki, Lupita olduğunuzu iddia etməyin,hamımız onu tanıyır və bilirik ki, tamamilə Upworkdə çalışmaq fikri yoxdur. Amma ilham almaq istəyirsinizsə bu şəkil yüksək keyfiyyətli şəkil üçün əla örnəkdir,sözün qısası özünüz olun.
- Öz başlığınızı əlavə edin.
Bu hissə çox güman ki, Upwork-un ən çox nəzərə alınmayan hissəsidir, yenə də sizin profilinizin ən vacib hissələrindən biridir. Belə görünür ki, insanlar başlıq yazarkən ağla o an nə gəldisə yazmağa meyillidirlər, amma bu hissəyə lazımi və tələb olunan informasiya doldurulmalıdır.
Yadınızda saxlayın ki, bu sizin barənizdə müştərilərin beynində yaranacaq ilk təsvirdir, deməli siz bu başlıqla onların gözlərini dərhal cəlb etməlisiniz. Bu kiçik nüans həll edəcək ki, müştəri sizin profilinizə daxil olsun və sizə iş vermək barədə düşünsün yoxsa üstündən keçsin.
Başlıq yazarkən:
- Səmimi və özünüz olun: Bacarıqlarınızı izah etmək və işgüzar başlıq yaratmaq üçün səmimi və açıq sözlərdən istifadə edin.
- Xüsusi olun: Rəqabət yüksək olduğu üçün, sizə özəl olan cəhətləri ortaya qoyma mövzusunda çox həssas olmalı və fürsətlərinizi daraldan ümumi özəlliklərdən qaçınmalısınız. Bu səbəblə də, özəllikərinizin başlığla tamamilə uyğun gəldiyinə əmin olun.
- Açar sözlər istifadə edin: Bacarıqlarınızı ifadə edən açar sözlər və ifadələr işlədin, potensial bir müştərinin bacarıqlarına görə birisini axtara biləcəyini unutmayın.
Məsələn: Tutaq ki, siz Qrafik Dizaynersiniz buna görə siz açar sözlər kimi logo dizayner, visual brand dizayner, veb dizayner, veb developer kimi sözlər işlədə bilərsiniz. Başlıq üçün yaxşı bir nümunə:
- Öz icmalınızı əlavə edin.
Başlıqdan sonra növbədə icmal gəlir. Bu sizə imkan verir ki, siz potensial müştərilərinizə özünüz haqqında biraz daha məlumat verəsiniz. Sİz bu yolla özünüzü bir neçə sözlə daha təqdim etmiş olacaqsınız.
Müştərilərinizi cəlb etmək üçün özünüzün fərqli və seçilən xüsusiyyətlərinizi işgüzar və özünəməxsus tərzdə ifadə edin. Xüsusi bacarıqlarınız üzrə köklənin.
Sürətli ipucu: Ən vacib məlumatları 1-ci, 2-ci və 3-cü cümlələrdə verməyə çalışın,çünki axtarılmış nəticələrdə və digər Upwork səhifələrində yalnız bu cümlələr görünəcək. İcmalınızın sonunda siz soft bacarıqlarınızı, ünsiyyət, sürətli öyrənmə, detallarda diqqətli olma və bu kimi peşənizlə əlaqəli bacarıqlarınızı qeyd edə bilərsiniz. İcmalınızı təqdim edərkən bunları yadda saxlayın:
- Çalışmaq istədiyiniz işin növü və çalışmaq istədiyiniz sahənin adı
- Təcrübə iliniz (staj)
- Sistemlərlə və sənaye ilə əlaqəli yazılım(soft) bacarıqlarınız
- Fəxr etdiyiniz uğurlarınız
- Danışdığınız və üzərində bacarıqlı olduğunuz dillər
Yuxarıda qeyd olunanları edərkən müştərinin iş hədəfinə çatmasına kömək olacaq xüsusi bacarıqlarınızın və uğurlarınızın altını qaralamağı unutmayın. Bütün bunlardan sonra sizin öhtənizə ancaq özünüzü onlara sübut etmək qalır.
Son olaraq, icmalınızı yazdıqdan sonra onu mütləq yoxlayın. Çünki heç bir şey müştərinizi qrammatik zəiflik və dil bilgisi əksikliyi qədər uzaqlaşdıra bilməz. Məsələn qeyri-işgüzar görünmək istəmirsinizsə ş hərfi yerinə w yazmayın. Aşağıda sizin üçün yaxşı yazılmış bir icmal örnəyi təqdim edirik:
- Bacarıqlarınızı sıralayın.
Minimum 5 maksimum 10 olmaqla işinizlə əlaqədar olan bacarıqlarınızı qeyd edin. Bunlar seçdiyiniz iş kateqoriyası üçün ən vacib və ən lazımi bacarıqlar ola bilərlər.
Bunları üstünlük dərəcəsinə görə sıralayın. Upwork yazdıqlarınızı düzmək üçün “sürüşdür- burax” sistemini yaradıb.
Upworkün minlərlə bacarıq əsaslı testləri var. Sıraladığınız bacarıqların bir neçəsi üçün testə daxil olmağa vaxt ayırın. Testlərə daxil olmaq sizin profilinizə faydalıdır ona görə ki, işverənlər bu yolla kontrol edirlər ki, siz həqiqətən də bu işə uyğunsunuz yoxsa yox.
- İngilis dili bacarıqlarınızı qiymətləndirin.
Rəsmi Upwork İngilis dilindədir amma burada təbii ki, digər dillərdə axıcı danışa bilən işçi axtaran minlərlə işverən var. Sizdən İngilis dilinizi qiymətləndirmək tələb olunacaq- dürüst olun. Bu da bizdən sizə xüsusi məsləhət başlanğıc səviyyə İngiliscə biliyinizi “əla” deyə qeyd etməyin. Hətta əgər bu dildə yaxşı yazma bacarığınız yoxsa belə, müştərini maraqlandıran sizin bu dildə ünsiyyət bacarığınızdır. Dürüst olmaqla siz müştərinin sizə qarşı olan gözləntisini dəqiqləşdirmiş olursunuz. Məsələn İngiliscə biliyiniz orta səviyyədirsə, o sizdən bunu da tələb edəcək, üst səviyyə ingiliscə tələb etməyəcək.
İngilis diliniz axıcıdırsa “Native və ya Bilingual” butonunu seçin. Əgər siz ancaq danışa və ya ancaq yaza bilirsinizsə uyğun variantı seçin. Əgər başqa dillərə də sahibsinizsə onları da eyni qaydada sıralayın. Əsla bir dildə axıcı danışa bildiyinizi yalandan yazmayın, bu zaman siz bu dildə yazacaqsınız.
- Təcrübə səviyyənizi seçin.
100 %-lik bir profilə sahib olmaq üçün təcrübə səviyyənizi də qeyd etməniz lazımdır. Burada 3 mərhələ verilir: Başlanğıc səviyyə, Orta səviyyə və Peşəkar səviyyə. Seçdiyiniz təcrübə səviyyəsiniz Upworkə aiddiyyatı yoxdur, bu ümumilikdə seçdiyiniz sahə ilə bağlı iş təcrübənizə əsaslanaraq qeyd olunmalıdır. Seçdiyiniz sahə ilə bağlı olan təcrübənizdən söhbət gedir. Restorandakı ofisiantlıq təcrübənizin, dizaynerliklə əlaqəli olduğunu düşünmürəm. Əvvəllər sərbəst işçi olaraq yarı zamanlı işçi kimi fəaliyyət göstərən və bunu artırıb tam zamanlı işləmək istəyən işçilər üçün səviyyə ilindən aslı olaraq çox güman ki, Orta və ya Peşəkar olacaqdır.
Buna baxmayaraq əgər siz ilk dəfədir ki, yarı zamanlı işləmək istəyirsiniz, dürüst olun və Başlanğıc səviyyəni seçin. Bu profilinizə təsir göstərməyəcək,amma müştərilərin fərqli layihələr üzərində çalışa bilmə bacarığınızı ölçməsinə köməkçi olacaq.
Məqalənin müəllifi: Fuad Əliyev
Tərcümə: Leyla Həsənli
Həmçinin bax: