Uğurlu şəxsi həyat, ailə və karyera üçün 7 yol – Harvard Business Review

İşləyən valideynlərin 3 ortaq nöqtəsi var: zaman qıtlığı; işə, ailəyə və özünə daha çox zaman ayırmaq istəyi; bununla əlaqədar yaşadığımız narahatlıq , günahkarlıq və gücsüzlük duyğuları.

Bunların öhdəsindən gəlmək üçün yaxşı bir yol var.

Biz zamana təsir edə bilmərik. Ancaq qısa vaxt ərzində karyeramızın,  ailə həyatımızın rifahı üçün effektiv seçimlər etməyimiz mümkündür.

Aşağıda göstərilən vasitələri etmək çox az vaxtınızı alacaq və məşğul biri olsanız da, bunları etmək mümkün olacaq. Az vaxt tələb etməsinə baxmayaraq verəcəyi nəticə gözlədiyinizdən də böyükdür. Gəlin bu addımlara birlikdə nəzər yetirək:

  • Zamanınızı deyil enerjinizi idarə edin.

 “New York Times”ın   “Seven-Minute Workout” proqramını telefonunuza endirin və istifadə edin. Tony Schwartz və Catherine McCarthy “Zamanınızı deyil enerjinizi idarə edin ” başlıqlı məqaləsində müntəzəm idmanın fəaliyyətinin müsbət nəticələrin açarı kimi görürlər. Bu tətbiqin doğru şəkildə tənzimlənməsinə icazə verin: Həmin idmandan sonra ürək döyüntüləriniz artacaq, tərləyəcək özünüzü enerjili hiss edəcəksiniz.  7 dəqiqə sonra bütün işlərinizi görəcək qədər güclü olacaqsınız.

  • Müdirinizin sizin haqda olan düşüncələrini yeniləyin.

 

Çoxumuz, yalnız işlərimizi görməyə fokslanır,  öz mənafeyimizi müdafiə etməyi unuduruq.  Əsas məsələ isə idarəçilərə etdiyimiz  uğurlu işləri xatırlatmaqdır. Qısa bir e-poçt göndərərək müvəffəqiyyətinizi müdirin nəzərinə çatdırın. Amma bunu elə cümləylə edin ki, bacarıqlı və ünsiyyətcil görünəsiniz.

  • Müvəffəqiyyətlərinizdən bəhs edin.
Champions team

Liftdə, parkda, gözlənilməz yerlərdə rəhbərlər və ya peşəkar şəxslərlə qarşılaşa bilərsiniz. Bunun üçün qısa nitq hazırlayın. Müvəffəqiyyətlərinizdən bəhs edin. Hazırladığınız nitq qarşınızdakı insanda sizin fəaliyyətiniz barədə müsbət təəssürat yaratmalıdır.

  • “LinkedIn” hesabınızı daima yeniləyin.

İş həyatınızla bağlı vacib informasiyaları ora əlavə edin. Linkedin karyera imicinizin bir parçasıdı.  Potensial müştəriləriniz, müdiriniz linkedin profilinizi mütləq nəzərdən keçirəcəkdir. Profesional həyatınızla bağlı yenilikləri bu platformada  yerləşdirmək sizin üçün faydalı olacaq.

  • Təqviminizə nəzər salın.

Fəaliyyətinizə nəzər yetirin və çox da vacib olmayan işlərdən birini arxa plana atın. Bunun əvəzinə vacib və ya istədiyiniz bir işlə məşğul olun.

  • Ailənizə zaman ayırın.


Bir tarix seçin.Seçdiyiniz tarixdə səhər yeməyini, naharı və  ya şam yeməyini ailə üzvlərinizlə birlikdə edin.  Süfrə mədəniyyəti ailə münasibətləriylə əlaqəlidir. Süfrə arxasında övladlarınızı maraqlandıracaq mövzulardan danışın. Onları motivasiya edin. İmtahanlarına nəzarət edin. Bu ailə münasibətlərini yoluna qoymaqda yardımçı olacaq.

  • Övladınızın müəllimi olun.

Siz övladınıza yaxşı təhsil vermək istəyirsiniz. Hətta bunun üçün işləyirsiniz. Yorğun keçən bir gündən sonra övladlarınza müəllimlik etmək çətin gəlsə də, bunun öhdəsindən gəlməlisiniz. Məsələn övladınızla birlikdə müxtəlif çalışmalar edə bilərsiniz.

Bunun üçün A Bedtimemath.org ünvanına daxil olun  “Today s Fun Math” hissəsinə baxın və övladınızla həll etmək üçün  məsələ tapın. Onu birlikdə həll etməyə çalışın. Övladınız diqqətinizdən məmnun qalacaq.

Bütün bunları edərək özünüzü, karyeranızı,  həmçinin ailə həyatınızın inkişafına nail ola biləcəksiniz.

Daisy Wademan Dowling

“Workparent” şirkətinin təsisçisi və CEO-su

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır