25-26 may tarixlərindəUkraynanın Kiyev vilayətinin Buça şəhərində, Ukraynanın Xüsusi rabitə və informasiyanın mühafizəsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “İnformasiya-telekommmunikasiya sistemlərində informasiya təhlükəsizliyi” adlı XIX Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycanda “Asan İmza” layihəsinin həyata keçirilməsi təcrübəsi nümayiş etdirilib, həmçinin bu texnologiyanın Ukraynada reallaşdırılması üçün vacib olan reqlamentlərin qəbul edilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, plenar iclasda informasiya təhlükəsizliyi sahəsində başlıca nailiyyətlər və problemlər haqqında məsələlərə baxılıb və Ukraynanın Dövlət xüsusi rabitə xidmətinin, Prezident və Ali Rada Administrasiyasının, Ukrayna Milli Bankının rəhbərləri, Ukraynanın nazirlik və idarə, aparıcı Ukrayna və xarici müəssisələrin nümayəndələrinin eləcə də , “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan “B.est Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe da çıxış edib.